\
28 Noyabr 2024 - Cümə axşamı

16 yaşlı ana xəstəxanada təvəllüdünü gizlədib - FOTO

16 yaşlı ana xəstəxanada təvəllüdünü gizlədib - FOTO
1684baxış
Gəncə Perinatal Mərkəzi 16 yaşlı qızın ana olması faktına münasibət bildirib.
 
 
Gəncə Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxsin Gəncə Perinatal Mərkəzinin baş həkimi Sevda Hüseynova APA-ya açıqlamasında bildirib ki, Gəncə şəhər sakini D.S. aprelin 9-da saat 00:42-də ağır vəziyyətdə, 40 həftəlik hamiləlik diaqnozu ilə mərkəzə daxil olub: “Daxil olan zaman onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün özünü 2003-cü il təvəllüdlü şəxs kimi qeydiyyatdan keçirib. Xəstənin vəziyyəti ağır olduğundan təcili olaraq cərrahiyə əməliyyatına götürülüb. Daha sonra xəstənin məlumatları kompüterə daxil edilən zaman onun 2006-cı il təvəllüdlü olduğu məlum olub. O, bilərəkdən təvəllüdünü gizlədib. Məsələ aydınlaşandan dərhal sonra faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.
 
 
Baş həkim onu da deyib ki, qadın cərrahiyə əməliyyatı olunub, 4 kq çəkidə, 52 sm boyunda qız uşağı dünyaya gətirib: “Hazırda ananın və körpənin vəziyyəti kafi, stabildir. Həmçinin xəstə Gəncə şəhər sakini olsa da, doğuşu başa çatdırmaq üçün Samux rayonuna müraciət edib. O, Samuxdan həkim müşayiəti ilə bizə daxil olub. Ananın 3-cü dərəcəli piylənməsi var, 110 kiloqram çəkidədir. Yaşı az olmasına baxmayaraq, zahiri görkəmdə 16 yaşı olduğu bilinmir. Ona görə də həkimləri aldatmağa çalışıb”.
 
Qeyd edək ki, sözügedən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.
 
 
16 yaşlı ana xəstəxanada təvəllüdünü gizlədib - FOTO
16 yaşlı ana xəstəxanada təvəllüdünü gizlədib - FOTO
16 yaşlı ana xəstəxanada təvəllüdünü gizlədib - FOTO
16 yaşlı ana xəstəxanada təvəllüdünü gizlədib - FOTO