\
25 Sentyabr 2024 - Çərşənbə

Putin Amur vilayətinə səfərə gedib

Putin Amur vilayətinə səfərə gedib
1406baxış

Rusiya Prezidenti Vladimir Putin 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günü ilə bağlı bu gün Amur vilayətinə işgüzar səfər edib.

APA TASS-a istinadən xəbər verir ki, Blaqoveşensk şəhərinə gələn Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə “Vostoçnıy” kosmodromunun tikintisi ilə tanış olacaq.

İki lider Ukrayna məsələsini də müzakirə edəcək və görüşdən sonra media üçün mətbuat konfransı keçirəcək.

Bundan başqa, Putin Blaqoveşensk şəhərində “Roskosmos” rəhbəri Dmitri Roqozin və Amur vilayətinin qubernatoru Vasili Orlovla görüş keçirəcək.