\
25 Sentyabr 2024 - Çərşənbə

Nyu-Yorkda metroda atışma olub, yaralılar var

Nyu-Yorkda metroda atışma olub, yaralılar var
1362baxış

Nyu-Yorkun Bruklin şəhərindəki metro stansiyasında səhər saatlarında atışma olub.

APA "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Nyu-York Yanğından Mühafizə Xidmətinin mətbuat katibi bildirib. Onun sözlərinə görə, Sunset Parkdakı 36-cı küçə stansiyasında tüstülənmə xəbərləri ilə əlaqədar hadisə yerinə gedən yanğınsöndürənlər bir neçə nəfərin güllələndiyini aşkar ediblər.

İlkin xəbərə görə, 5 nəfər güllələnib.

Stansiyanın döşəməsində qan içərisində uzanmış sərnişinlərin əks olunduğu fotolar yayılıb.

Hadisəsinin təfərrüatları hələ bəlli deyil.