\
25 Sentyabr 2024 - Çərşənbə

Makron yaxın günlərdə Putin və Zelenskiyə zəng edəcək

Makron yaxın günlərdə Putin və Zelenskiyə zəng edəcək
1364baxış

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinə və Ukrayna lideri Vladimir Zelenskiyə zəng edəcəyini açıqlayıb.

APA xəbər verir ki, o, bu barədə “France 2” telekanalında bildirib. Onun sözlərinə görə, Rusiya və Ukrayna liderləri telefon danışığı yaxın günlərdə baş tuta bilər.

Xatırladaq ki, Emmanuel Makron aprelin 24-də prezident seçkilərinin ikinci turunda Marin Le Penlə mübarizə aparacaq.