\
25 Sentyabr 2024 - Çərşənbə

Nazir məktəblilər arasındakı bıçaqlanmaya münasibət bildirib

Nazir məktəblilər arasındakı bıçaqlanmaya münasibət bildirib
1348baxış

Təhsil naziri Emin Əmrullayev məktəblərdə baş verən xoşagəlməz hallara və Siyəzəndə şagirdlərin bir-birini bıçaqlaması ilə nəticələnən hadisəyə münasibət bildirib.

Nazir jurnalistlərə açıqlamasında deyib ki, ölkədə 1 milyon 600 min şagird var. 

“Biz yalnız bu kimi hadisələrin qarşısını almaq barədə danışa bilərik. Təbii ki, bu kimi hallar birmənalı olaraq qəbul edilmir. Əgər hansısa bir hadisədə cinayət varsa, bu işlə hüquq-mühafizə orqanları məşğul olur”, - Emin Əmrullayev qeyd edib.

Məktəblərdə şagirdlərin tərbiyəsi və davranışı ilə bağlı məsələyə gəlincə isə Emin Əmrullayev vurğulayıb ki, bununla əlaqədar ümumtəhsil müəssisələrinin rəhbərliyi tərəfindən mütəmadi iş aparılmalıdır.

“Təəssüf ki, 1 milyon 600 min şagirdi, 200 min müəllimi, 3 milyondan artıq valideyni əhatə edən sistemdə iki nəfər arasında konflikti hər gün müşahidə edə bilərik”, - nazir əlavə edib.