\
28 Noyabr 2024 - Cümə axşamı

"Dünyada iki qitə üzərində yerləşən yeganə şəhər” - İstanbul

"Dünyada iki qitə üzərində yerləşən yeganə şəhər” - İstanbul
1578baxış

İstanbulda hara baxsanız, bir gözəllik görərsiniz. Dənizdə, günəşin doğuşunda və ya qürubda…
Bir qolu Asiyaya, digəri isə Avropaya uzanan İstanbul dünyada iki qitə üzərində yerləşən yeganə şəhərdir. Boğaz Qara dənizin, Mərmərə dənizinin və Haliçin sularını şəhərin qəlbindən keçirir.

İstanbulun taleyi onun strateji mövqeyi və füsunkar təbii gözəlliyi ilə həll edildi. 1500 ildən çox müddət ərzində üç imperiyanın - Roma, Bizans və Osmanlı İmperiyalarının - paytaxtı olmuş İstanbul əhəmiyyətinə yaraşan möhtəşəm abidələrlə bəzədilmiş, müxtəlif mədəniyyətlərin, millətlərin və dinlərin qaynayıb qarışdığı bir metropola çevrilmişdir. Bu mədəniyyətlər, millətlər və dinlər İstanbul mozaikasını təşkil edən kiçik rəngli daşlardır.

Şanlı xəzinələr
1500 illik imperiyanın paytaxtı olmuş İstanbul keçmiş əzəmətini əks etdirən memarlıq abidələri ilə zəngindir.
Şəhərin hər yerində Roma, Bizans və Osmanlı sarayları, məscidləri, kilsələri, monastırlara, abidələri, qala divarları və qalıntılarına rast gələ bilərsiniz. İbadət yerləri, hökumət, ticarət və əyləncə yerləri ilə köhnə şəhər mərkəzi vətəndaşların qaynaşdığı, mədəniyyətlərini və həyat tərzlərini qoruduğu bir yerdir.

İstanbulun ən möhtəşəm abidələri şərqdən və cənubdan Mərmərə dənizi, şimaldan Haliç, qərbdən isə qala divarları ilə əhatə olunmuş üçbucaq formasındakı Tarixi Yarımadada yerləşir. Bu tarixi abidələr 1985-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və bu gün də tarixi və əhəmiyyəti ilə ziyarətçiləri heyran etməyə davam edir. Sultanəhməd meydanı Tarixi Yarımadanın qəlbidir və ətrafında Bizans və Osmanlı memarlığının ən mühüm nümunələrini görə bilərsiniz.

Böyükada

Adaların ən böyüyü Böyükadadır. Burada şam ağacları arasında elektromobil ilə gəzə və ya adanı əhatə edən çoxsaylı adacıqlardan birində çimərlikdə dincələ bilərsiniz. Digər məşhur adalar isə Xınalı, Sədəf, Burgaz və Heybəliadadır. Müntəzəm bərələr adaları həm Avropa, həm də Asiya sahillərinə bağlayır və yay aylarında Kabataşdan daha sürətli dəniz avtobus səfərləri var.

Mediapress.az