\
25 Sentyabr 2024 - Çərşənbə

AzTU 2022/2023-cü tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

AzTU 2022/2023-cü tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir
1304baxış
Azərbaycan Texniki Universiteti (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir.
 
Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada aztu.edu.az saytı vasitəsilə (http://tekrar-alitehsil.aztu.edu.az:9594/ ) həyata keçirilir.
 
Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüqu­qu qazanacaqlar.
 
Sənədlərin qəbulu 2022-ci il aprelin 15-dən avqustun 1-dək aparılacaq. Namizədlər ətraflı məlumat üçün  [email protected] elektron poçt ünvanına yaza bilərlər. 
 
Daha ətraflı: https://bit.ly/3vivZ33