\
28 Noyabr 2024 - Cümə axşamı

Neftçalada Kürün səviyyəsinin enməsi nəticəsində küp qəbirlər aşkarlanıb

Neftçalada Kürün səviyyəsinin enməsi nəticəsində küp qəbirlər aşkarlanıb
1408baxış

Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Bildirilib ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunublar.

Qeyd olunub ki, hazırda araşdırmalar davam etdirilir.