\
28 Noyabr 2024 - Cümə axşamı

Sual kitabçaları abituriyentlərə verilsin - Təhsil ekspertindən DİM-ə etiraz - VİDEO

Sual kitabçaları abituriyentlərə verilsin - Təhsil ekspertindən DİM-ə etiraz - VİDEO
1689baxış

Bu il 11-ci siniflər üçün buraxılış imtahanları martın əvvəlində keçirildi. Əvvəlki illərdə bu imtahanlar, əsasən, aprelin sonları və may aylarında təşkil olunurdu.  Bu il imtahanların daha erkən keçirilməsi və bunun gec- yanvarda elan olunması abituriyentlərin hazırlıq prosesinə mənfi təsir göstərdi. Mart ayında keçirilən imtahanda təqribən 90 min şəxs imtahan verib.

Space TV-nin efirində yayımlanan “Yeni reallıq” verilişində təhsil eksperti Kamran Əsədov imtahanların nəticələri ilə bağlı abituriyentlərin narazılqlarına haqq qazandırıb. “İştirakçılardan yalnız iki nəfər maksimum bal toplayıb. Bu isə yüksək nəticə hesab edilə bilməz. 

Təkcə 5 və 6 martda keçirilən buraxılış imtahanlarında 50 minə yaxın şagird iştirak edib ki, onlardan təxminən 6 mini imtahan nəticələrindən narazı olduqlarını bildirərək, apelyasiya şikayəti veriblər. Bu çox ciddi göstəricidir”. Təhsil eksperti, həmçinin imtahan nəticələrinin gec açıqlanmasına da etiraz edib:

“Buraxılış imtahanlarının cavabları bir aydan sonra açıqlanıb. 2022-ci ildə imtahanın cavabının bir aya açıqlanması absurddur. İmtahan bitdikdən sonra sual kitabçası abituriyentə verilmir. Fikrimcə, Dövlət İmtahan Mərkəzi bununla problemlərdən yayınmaq istəyir”.

Mediapress.az