Rusiya Dəniz Donanması Baltik dənizində hərbi təlim keçirir
1380
Rusiya Baltik Dəniz Donanmasının 10-dan artıq gəmisinin iştirakı ilə Baltik dənizində hərbi manevr keçirir.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Qərb Hərbi Dairəsinin Baltik Donanması üzrə mətbuat xidməti bildirib.
Məlumata görə, gəmilər bir sıra taktiki təlim tapşırıqlarını icra edəcək.
Bildirilib ki, təlimdə kiçik raket gəmilərinin bir hissəsi kimi zərbə qrupları və kiçik raket gəmiləri “Sovetsk”, “Odintsovo”, “Zeleyonıy Dol”, “Qeyzer”, “Morşanks”, “Dimitrovqrad” raket katerləri , “Aleksand Obuxov”, “Leonid Sobolev”, “Viktor Siqalov” minaaxtaran gəmilər, desant katerləri və müxtəlif təminatçı gəmilər iştirak edir.