\
16 Oktyabr 2024 - Çərşənbə

"Krım körpüsünün partladılması fikri ağılsızlıqdır" - Rusiyadan ABŞ-a sərt mesaj

"Krım körpüsünün partladılması fikri ağılsızlıqdır" - Rusiyadan ABŞ-a sərt mesaj
1710baxış

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  Washington Examiner-də yer alan təxribatçı məqaləni təhlil edərək tənqid edib. Belə ki, çərşənbə axşamı günü dərc olunan məqalədə “Ukrayna Putinin Krım körpüsünü partlatmalıdır” fikri yer alıb.  

Ria Novosti-nin məlumatına əsasən, D.Peskov bu yazını ağılsızlıq adlandıraraq əlavə edib: “Deyərdim ki, bu, keyfiyyətsiz jurnalistikanın eybəcər təcəssümüdür”. Daha sonra Kremlin mətbuat katibi ABŞ-ın hüquq mühafizə orqanlarına müraciət edib.

Xatırladaq ki, Kremli narazı salan məqalədə Krım körpüsü “Ukraynanı bir dövlət kimi xoşagəlməz formada təhqir etmiş olur “ fikri yer alıb. Müəllif təklif edib ki, rəsmi Kiyevin HHQ-ləri obyekti bombalasınlar. “Doğrudur, bu hal Kiyevlə Moskva arasında münaqişəyə səbəb olacaq, əvəzində Ukrayna Rusiyaya açıq siqnal göndərmiş olacaq”, - deyə yazan müəllif itkilərin çox olmayacağını körpünün uzun məsafəli olması ilə əlaqələndirib.   

Qeyd edək ki, bu həftənin ikinci günü istismara verilən Krım körpüsü 19 km olmaqla Rusiyanın Krasnodar vilayəti ilə Krım yarımadasını birləşdirib.

Mediapress.az