\
25 Sentyabr 2024 - Çərşənbə

Ukrayna ordusu üç yaşayış məntəqəsini AZAD ETDİ - VİDEO

Ukrayna ordusu üç yaşayış məntəqəsini AZAD ETDİ - VİDEO
1355baxış

Ukrayna Silahlı Qüvvələri daha üç yaşayış məntəqəsini azad edib.

Bu barədə Xarkov hərbi administrasiyasının sədri Oleq Sinequbov teleqramda paylaşım edib.

"Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçərək Derqaçevski rayonunun Bezruki, Slatino, Prudyanka kəndlərindən Rusiya qoşunlarını çıxararaq mövqelərini möhkəmləndiriblər", - deyə o bildirib.

Onun sözlərinə görə, ruslar Xarkov və regionun mülki infrastrukturunu atəşə tutmağa davam ediblər.

"Onlar gün ərzində 56 zərbə endirib, nəticədə 19 nəfər yaralanıb, 2 nəfər ölüb", - Sınequbov bildirib.