\
25 Sentyabr 2024 - Çərşənbə

Camış qadını vurub öldürdü

Camış qadını vurub öldürdü
1415baxış
Salyan rayonunda camış sağıcı qadını öldürüb.
 
Mediapress.az xəbər verir ki, “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə rayonun Dayıkənd kəndindəki təsərrüfatda baş verib.
 
Kənd sakini, 1961-ci il təvəllüdlü Göyçə Nəzərova camışı sağarkən iribuynuzlu heyvan təpiklə onu vurub. Ağır xəsarət alan qadın vəfat edib.
 
Faktla bağlı araşdırma aparılır.