Qazaxda yeniyetmə bacı-qardaş qəlpə yarası alıb
1364
Qazaxda bədbəxt hadisə baş verib. Hadisə rayonun Quşçu Ayrım kəndinə qeydə alınıb. Kənd sakinləri olan 12 yaşlı Cavad Nuriyev və bacısı 14 yaşlı Nabat Nuriyeva təsərrüfatda qoyun otaran zaman tapdıqları naməlum əşyanın partlaması nəticəsində qəlpə yarası alıblar.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.