\
25 Sentyabr 2024 - Çərşənbə

Astarada evdən qumbara götürüldü

Astarada evdən qumbara götürüldü
1328baxış

Astara rayonunun Şiyəkəran kənd sakini S. Rzayevin evindən silah-sursat və heroin aşkar edilərək götürülüb.

Bu barədə Mediapress.az-a DİN-dən məlumat verilib.

Xəbərə görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş S. Rzayevin evinə baxış zamanı oradan 1 ədəd qumbara, 1 ədəd süngü bıçaq və 54 qram heroin aşkar edilərək götürülüb.