\
28 Noyabr 2024 - Cümə axşamı

Tələbələrin iştirakı ilə icra olunan layihənin yekun seminarı keçirilib

Tələbələrin iştirakı ilə icra olunan layihənin yekun seminarı keçirilib
1357baxış

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnnovativ Media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi tərəfindən “Şanlı Zəfər tariximiz qürur mənbəyimizdir” adlı layihə çərçivəsində yekun seminar keçirilib.

Layihə rəhbəri Aynur Nəsirova Vətən müharibəsi dövründə jurnalistlərin fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, döyüşlərin getdiyi müxtəlif bölgələrdə Azərbaycan mediası aktiv fəaliyyət göstərib, jurnalsit peşəsinə və etikasına uyğun formada, xəbərlərin operativ çatdırılmasına nail olub. Bəzən ictimaiyyətin Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin operativ olmadığı haqqında fikirlər səsləndirdiyi diqqətə çatdırılıb. Lakin bunun həqiqəti əks etdirmədiyi, əksinə jurnalistlərin yüksək peşəkarlıqla fəaliyyətlərini icra etdikləri diqqətə çatdırılıb. Nəzərə çatdırılıb ki, 44 günlük Vətən müharibəsi zamanı həm döyüşlərin getdiyi bölgədən, həm də dincc əhalinin yaşadığı, Ermənistanın terror hücumunun törədildiyi şəhərlərdən də dəqiq, operativ məlumatlar çatdırılıb.

Daha sonra media eksperti Almaz mahmud çıxış edib. Onun sözlərinə görə, Azərbaycanın zəfəri ilə nəticələnən Vətən müharibəsinin ən dəqiq və operativ məlumatları prezident İlham əliyev tərəfindən çatdırılıb. Hər kəs televiziya və radiodan dövlət başçısının çıxışlarını səbirsizliklə gözləyib və dinləyiblər. Azərbaycan prezidenti xarici jurnalistlər üçün də master klas keçib. Onun müxtəlif televiziyalara müsahibəsi, onların qərəzli suallarını yüksək siyasi hazırlıq, diplomatik bacarıqlara uyğun cavablıandırması siyasi hazırlığının göstəricisi idi.

Eyni zamanda, jurnalistika ixtisası üzrə təhsil alan tələbələrə müharibə zamanı nələri demək, nələrin isə yayımlanmamasına çalışmaqla bağlı məlumat verilib. Hərbi və dövlət sirri təşkil edən məlumatların KİV-də yayımlanmasının yarada biləcəyi mənfi nəticələr haqqında ətraflı məlumat verilib.

Almaz Mahmud tələbələrə mühraibə jurnalisti ilə hərbi jurnalist arasındakı fərqi izah edib, onların fəaliyyətini bir-birindən fərqləndirən xüsusiyyətləri izah edib.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlərlə bağlı nümunələr əssasında geniş izahat verilib.

Mediapress.az