\
16 Oktyabr 2024 - Çərşənbə

ETSN ekologiyaya ciddi ziyan vuran əcnəbi şirkəti məhkəməyə verəcək - Rəsmi məlumat

ETSN ekologiyaya ciddi ziyan vuran əcnəbi şirkəti məhkəməyə verəcək - Rəsmi məlumat
1401baxış

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakı şəhərində reyd keçirilib. 

Mediapress.az ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata əsasən xəbər verir ki, reyd zamanı Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi 25 ünvanında fəaliyyət göstərən Tan İnşaat Taahhüt Sənaye və Ticarət Anonim Şirkətinin boya sexində istifadə olunan kimyəvi maddələrin iy-qoxusunun ətrafa yayıldığı müşahidə olunub.

Nazirliyin mütəxəssisləri tərəfindən sözügedən ərazinin atmosfer havasından nümunələr götürülərək fiziki-kimyəvi analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının dəfələrlə çox olduğu müəyyən edilib.