\
16 Oktyabr 2024 - Çərşənbə

Xaləddin İsgəndərov evə gedir... - Təsdiqləndi

Xaləddin İsgəndərov evə gedir... - Təsdiqləndi
1552baxış

Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.  

Mediapress.az AzerTac-ın məlumatına əsasən xəbər verir ki, prezidentİ İlham Əliyev bu barədə müvafiq Sərəncam imzalayıb.

Hələlik həmin vəzifəyə təyinat olmayıb. 

Xaləddin İsgəndərov "Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində xəbərə açıqlama verib: " Artıq işsizəm. Yığışıb gedirəm evə”.

Yeni bir vəzifəyə təyinat alıb-almamağı ilə bağlı suala o, "heç bir vəzifəyə təyinat almamışam” cavabı verib.

Xatırladaq ki, Xaləddin İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı postuna 2012-ci ilin aprelində təyinat almışdı. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir. F.Məmmədov ötən ilin dekabr ayında işdən çıxarılandan sonra X.İsgəndərovun da tezliklə vəzifədən uzaqlaşdırılacağı haqda mətbuatda yazılar gedirdi.