Robert Koçaryanın oğlu sərbəst buraxılıb
1413
Polis Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryanı sərbəst buraxıb.
APA xəbər verir ki, o, bu gün Nikol Paşinyan əleyhinə keçirilən aksiyada saxlanılaraq polis bölməsinə gətirilib.
***
11:03
“Müqavimət” hərəkatının iştirakçıları növbəti dəfə İrəvanın mərkəzində Baqramyan prospektini bağlayıb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, əraziyə gələn polis əməkdaşları etirazçıların bir qrupunu yoldan uzaqlaşdırıb, digərləri isə saxlanılıb.
Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.