Qarabağda modul xəstəxanaları açılır
1386
İşğaldan azad olunmuş altı ərazidə modul tipli xəstəxanalar açılacaq
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ötən ilin yekunları və 2022-ci ilin ilk üç ayı üzrə fəaliyyətlə bağlı mətbuat konfransında deyib.
Ötən ilin oktyabr ayından etibarən Şuşada 6 palata və 9 çarpayıdan ibarət ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb.
Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar və reanimasiya şöbələri fəaliyyət göstərir.
Z.Əliyev bildirib ki, İşğaldan azad olunmuş altı ərazidə - Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda da modul tipli xəstəxanaların açılması nəzərdə tutulur