\
28 Noyabr 2024 - Cümə axşamı

Bakıda ad gününü qeyd edən məktəbli özünü binadan atdı - Təfərrüat

Bakıda ad gününü qeyd edən məktəbli özünü binadan atdı - Təfərrüat
1362baxış

Bu gün Bakının Xətai rayonunda məktəbli qız intihar edib.

 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Q.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada 02.05.2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən binadan atıb. 
 
Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.