Kişi özünü zəhərləyib
1365
Qazaxda zəhərlənmə baş verib.
Mediapress.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.
1978-ci il təvəllüdlü D.Mansurov zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxnaya yerləşdirilib.
Dərhal xəstəyə tibbi yardım göstərilib,vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, 44 yaşlı kişi həyat yoldaşından ayırldığına görə sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.