Rusiyanın baş ravvini Lavrovu yəhudilərdən üzr istəməyə çağırıb
1369
Rusiyanın baş ravvini Berl Lazar xarici işlər naziri Sergey Lavrovun yəhudilərlə bağlı açıqlamalarını şokedici adlandırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, baş ravvin Lavrovu yəhudilərdən üzr istəməyə çağırıb.
“Rusiya diplomatiyasının rəhbərinə məsləhət verməyə haqqım olduğunu hesab etmirəm. Amma o, yəhudilərdən üzr istəsə və sadəcə olaraq öz səhvini etiraf etsə, pis olmazdı. O zaman məsələni bağlanmış hesab etmək olar”, – Lazar Yəhudi Teleqraf Agentliyinə açıqlamasında bildirib.