Sumqayıtda zavodda qaz balonu partlayıb, ölən var
1346
Sumqayıtda zavodda qaz balonu partlayıb, ölən var.
Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və çatdırıldığı xəstəxanada ölmüşdür.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.