\
22 May 2022 - Bazar günü

Gürcüstanda Heydər Əliyevin xatirəsi anılır

Gürcüstanda Heydər Əliyevin xatirəsi anılır
1138baxış

Gürcüstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilir.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, səfirlik, hərbi attaşe aparatı və “SOCAR Energy Georgia” şirkətinin əməkdaşları, azərbaycanlı iş adamları Tbilisidəki Heydər Əliyev adına parkda ulu öndərin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Umummilli liderin xatirəsi Rustavi şəhərindəki abidəsi önündə də yad ediləcək.

Heydər Əliyevin anadan olmasının ildönümü çərçivəsində bu gün Azərbaycan səfirliyinin təşəbbüsü ilə Tbilisidə Gürcüstanın Təsviri İncəsənət Muzeyində “Gələcəyə aparan yol” adlı sərgi açılacaq. Mayın 15-dək davam edəcək sərgi Heydər Əliyevlə Eduard Şevardnadzenin dostluğuna həsr olunub.