\
16 Oktyabr 2024 - Çərşənbə

Xızının polis rəisi təqaüdə göndərildi

Xızının polis rəisi təqaüdə göndərildi
1763baxış

Xızı rayonunun polis rəisi təqaüdə göndərilib.

Mediapress.az APA-nın məlumatına əsasən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Xızı rayon Polis Şöbəsinin rəisi Elmar Usubov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Astaranın polis rəisi Adil Həsənov da təqaüdə göndərilib.