\
28 Noyabr 2024 - Cümə axşamı

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
1392baxış

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. r

Azərbaycanda indiyədək ümumilikdə 792 655 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 883 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib, aktiv xəstə sayı 63 nəfərdir.

Ölkədə son sutka ərzində 2 915, hazırkı dövrədək isə 6 845 234 test aparılıb.