\
24 May 2022 - Çərşənbə axşamı

Emin Əmrullayev islahatlara loqodan başladı

Emin Əmrullayev islahatlara loqodan başladı
1166baxış

Daha bir idman federasiyası loqosunu dəyişəcək.

Oxu.Az-ın xəbərinə görə, təhsil naziri Emin Əmrullayevin rəhbəri olduğu Azərbaycan Basketbol Federasiyası loqo dəyişikliyinə ehtiyac duyub.

Bunun üçün mayın 14-də federasiya yeni loqonun və vebsaytın təqdimatını edəcək. Həmçinin, həmin tədbirdə milli komandanın yeni formaları təqdim olunacaq.

“Yeni Nəfəs. Yeni Başlanğıc” adlı tədbirdə Basketbol Federasiyasının son beş ay ərzində gördüyü işlər, eyni zamanda görülməkdə olan və görülməsi nəzərdə tutulan mühüm lahiyələr haqqında ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, daha əvvəl Gənclər və İdman Nazirliyi başda olmaqla, Cüdo Federasiyası, Kanoe və Avarçəkmə Federasiyası, Kikboksinq Federasiyası və Velosiped Federasiyası loqolarını bu il dəyişiblər.