\
24 May 2022 - Çərşənbə axşamı

Ceyhun Bayramov İrana səfər edəcək

Ceyhun Bayramov İrana səfər edəcək
1142baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana səfərə gedəcək.

Bu barədə Mediapress.az-a aXrici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı zamanı tərəflər, qarşılıqlı səfərlərin əlaqələrin inkişafına müsbət təkan verdiyini qeyd ediblər.

Nazir Ceyhun Bayramov həmkarının İrana səfər dəvətini məmnunluqla qəbul edib və səfərin yaxın zamanlarda həyata keçiriləcəyini bildirib.