\
24 May 2022 - Çərşənbə axşamı

“Rize Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş edib” - Prezident İlham Əliyev

“Rize Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş edib” - Prezident İlham Əliyev
1151baxış

“Mən ilk dəfədir ki, Rizədəyəm. Bu diyar haqqında çox eşitmişəm, çox duymuşam. Təyyarə ilə gələrkən, pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq bu mənzərəni burada seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılışındakı çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, Rizenin, Atvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir: “Amma ən böyük sərvət bu bölgənin insanlarıdır, mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara! Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rizə Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş edib. Buna görə Sizə minnətdarıq. Bütün Türk Dünyası sizinlə fəxr edir. Bir daha sizi bu gözəl hadisə, hava limanının açılışı münasibətilə təbrik edirəm. Yaşasın Rizə! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan Birliyi”.