İran parlamentinin sədr müavini Azərbaycana gəlib
1512
İran İslam Şurası Məclisinin (parlament) sədr müavini Əli Nikzadın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib.
Səfər zamanı İranın vitse-spikeri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşəcək. Görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə ediləcək.
Daha sonra Əli Nikzad və nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Parlament Assambleyasının 3-cü sessiyasında iştirak etmək üçün Naxçıvandan Bakıya yola düşəcək.
İran parlamentinin sədr müavini Azərbaycana 2 günlük səfəri zamanı bir sıra ikitərəfli görüşlər də keçirəcək.