\
28 Noyabr 2024 - Cümə axşamı

33 yaşlı gənc Milli Məclisin Aparat rəhbəri təyin olundu

33 yaşlı gənc Milli Məclisin Aparat rəhbəri təyin olundu
1554baxış
Milli Məclisə yeni Aparat rəhbəri təyin olunub.
 
Bununla bağlı parlamentin sədri Sahibə Qafarova sərəncam imzalayıb.
 
Sərəncama əsasən, sözügedən vəzifəyə 1989-cu il təvəllüdlü Fərid Hacıyev təyinat alıb.
 
Qeyd edək ki, o, bundan əvvəl Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
 
Xatırladaq ki, bundan əvvəl parlamentin Aparatının rəhbəri Səfa Mirzəyev idi.