\
23 Aprel 2024 - Çərşənbə axşamı

Vaksinasiya ilə bağlı son statistika

Vaksinasiya ilə bağlı son statistika
1385baxış

Azərbaycanda son sutkada 2 999 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 271, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2148, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 231 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 710 006, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 346 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 713, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 271 363, pozitiv nəticədən sonra buster doza olunanların sayı 244 757 təşkil edir.