\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Bakı Zooloji Parkında 1 iyun şənliyi

Bakı Zooloji Parkında 1 iyun şənliyi
1394baxış

Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil ediləcək.

Şənlik 1 iyun saat 11:00-da başlayacaq.

Bu səbəbdən, qeyd olunan gündə zooparkın müxtəlif məntəqələrində quraşdırılacaq pavilyonlarda ziyarətçilər ödənişsiz şəkildə oyunlara və yarışlara qatılaraq hədiyyələr qazanmaq imkanı əldə edəcəklər. 

Bununla yanaşı, balacalar üçün açıq havada gimnastika, yoqa, üz boyama, köpük şou, ponilərlə gəzinti, cizgi film personajlarının iştirakı ilə müxtəlif viktorina və maraqlı oyunlar, xalça sənəti, keramika, təbii parçalardan oyuncaqların hazırlanması, eko-çantaların zoomorf ornamentləri ilə bəzədilməsi, quş yemlərinin hazırlanması kimi müxtəlif şənliklər və ustad dərsləri də təşkil olunacaq. (oxu.az)