\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Hadrutda tezliklə radioteleviziya stansiyası istifadəyə veriləcək

Hadrutda tezliklə radioteleviziya stansiyası istifadəyə veriləcək
1472baxış

Xocavənd rayonunun Hadrut qəsəbəsində tezliklə radioteleviziya stansiyası istifadəyə veriləcək.

“Report” xəbər verir ki, bunu jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.

O deyib ki, Qarabağda zəruri infrastrukturun tikintisi üzrə işlər plan üzrə davam edir: "IT infrastrukturunun böyük hissəsi artıq qurulub".