\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Maşın ağaca çırpıldı, sürücü yaralandı

Maşın ağaca çırpıldı, sürücü yaralandı
1461baxış

Zaqatalada minik avtomobili ağaca çırpılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Zaqatala rayonu Əliabad kəndi ərazisindən keçən hissəsində baş veribBelə ki, 1991-ci il təvəllüdlü Zaqatala rayon Bəhmətli kənd sakini Məmmədov Şahmar İsmayıl oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirib və nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Ş.Mahmudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.