\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Avtobus uçuruma yuvarlandı - Altı miqrant həlak oldu

Avtobus uçuruma yuvarlandı - Altı miqrant həlak oldu
1522baxış

Meksikanın San-Luis Potosi şəhərinin ərazisində miqrantları daşıyan avtobusun uçuruma yuvarlanması nəticəsində altı sərnişin ölüb, 15-i yaralanıb.

Qeyd olunur ki, həlak olanlardan dördü qadın, ikisi kişidir. Avtobusda olan şəxslərin Honduras, Salvador və Kuba vətəndaşları olduğu açıqlanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.