Əlillik meyarlarında yenidən dəyişiklik ediləcək
1497
Əlillik meyarlarının faiz dərəcələrində gələcəkdə dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim ediləcək.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.
Şöbə müdiri qeyd edib ki, yaxın vaxtlarda meyarlara yenidən baxış ediləcək:
“Bundan başqa ödənişlərlə bağlı da nazirlikdə təkliflər üzərində iş aparılır”.