\
28 Noyabr 2024 - Cümə axşamı

Təhsil naziri: "Yüzlərlə bağçada ciddi problemlər var"

Təhsil naziri: "Yüzlərlə bağçada ciddi problemlər var"
1494baxış

"Aparılan monitorinqlərin nəticələri onu deməyə əsas verir ki, yüzlərlə bağçada qidanın saxlanması, hazırlanması ilə bağlı infrastrukturda ciddi problemlər var. Bu da özlüyündə müxtəlif həll yolları tələb edir. Bu istiqamətdə işlərimizi davam edəcək".

Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, uşaq bağçalarında qidalanma ilə bağlı ilkin monitorinq və müşahidələrimiz davam edir: "Qidalanma ilə bağlı sənədlər 1994-cü ildə təsdiq olunub və üzərindən uzun müddət vaxt keçib. Hazırda mütəxəssislər bu istiqamətdə iş görürlər. Nazirlik bir neçə il əvvəl internat tipli məktəblərdə qidalanma normaları və mexanizmləri dəyişdirib. Bağçalarda model fərqlidir. Lakin yenə də oxşar modelə keçməyi, yaxud hansısa formada qidalanmanın daha da uyğun formata gəlməsini düşünürük. Çünki mövcud qida normalarının bəziləri müəyyən mənada məntiqli görünmür". (report)