Bu il “Son zəng” hansı qaydada keçiriləcək? - RƏSMİ AÇIQLAMA
1534
Təhsil naziri Emin Əmrullayev məktəblərdə “Son zəng”in keçirilməsinə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu, ilk növbədə Operativ Qərargahın qərarı ilə olmalıdır.
“Çünki Azərbaycanda COVID-lə bağlı məsələ Operativ Qərargahla məsləhətləşmə əsasında həyata keçirilir. Hazırkı pandemiya şəraiti davam edərsə, yəqin ki, ənənəvi qaydada “Son zəng”in keçirilməsi mümkün olacaq”, - nazir qeyd edib.