\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Erməni iş adamı belə güllələndi - VİDEO

Erməni iş adamı belə güllələndi - VİDEO
1485baxış
Moskvada erməni iş adamı qətlə yetirilib. Ovannes Kamaryan adlı biznesmenin qətlə yetirilməsi anı videomüşahidə kamerasına düşüb.
İnternetdə yayılan görüntülərdə cinayətkarın Kamaryana yaxınlaşaraq atəş açması aşkar görünür. İş adamı yerə yıxılandan sonra qatil ona yaxınlaşaraq başına kontrol atəş açır.

Xatırladaq ki, bir müddət əvvəl Moskva prokurorluğu paytaxtın mərkəzində üzərində güllə yaraları olan və 1960-cı il təvəllüdlü kişi meyitinin tapıldığını bəyan etmişdi.

KİV-in məlumatına görə, hadisə iyunun 2-də Komsomolski prospektində, "Seydji" restoranının yaxınlığında baş verib.
Başından və kürətindən vurulan iş adamının məşhur konsaltinq şirkətlərindən biri ilə bağlı olduğu yazılıb. Məlumatda həmçinin qeyd olunur ki, onun oğlu Xaçatur Kamaryan Rusiyanın ən böyük polimer məhsulları istehsalçılarından biri olan “Gavary Group”un rəhbəridir.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Kamaryanın özünün isə Ermənistan polisi tərəfindən axtarışa verildiyi bildirilir.

O, 10 il əvvəl Ermənistanda adam öldürməyə cəhdə görə axtarışda olub. Bəzi mənbələrə görə, o, daha sonra 500 min dollara qanuni oğru Rafik Madoyanın aradan götürülməsini əmr edibmiş. Sui-qəsdin qarşısı alındığı üçün Kamaryan Ermənistandan qaçıb.