\
28 Noyabr 2024 - Cümə axşamı

"Xəngəland"da nöqsanlar aşkarlanıb, rəhbərlik məsuliyyətə cəlb edilib - Foto

"Xəngəland"da nöqsanlar aşkarlanıb, rəhbərlik məsuliyyətə cəlb edilib - Foto
1521baxış

Bakıda fəaliyyət göstərən restoranda bir sıra nöqsanlar aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən xəbərə görə, daxil olan müraciət əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küç., ev 88, m.5 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” restoranında aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı məlum olub.

Belə ki, müəssisənin mətbəx sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalın qəbulu və saxlanılması, yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, müəssisədə müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

Müəssisədə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.