\
28 Noyabr 2024 - Cümə axşamı

Daha bir oliqarx yaxtasını Türkiyəyə qaçırdı

Daha bir oliqarx yaxtasını Türkiyəyə qaçırdı
1540baxış

Rusiyanın ikinci ən zəngin adamı dəbdəbəli yaxtasını qanunsuz yolla Türkiyəyə göndərib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Leonid Mixelson Qərbin sanksiyalarından qorunmaq üçün 150 milyon dollarlıq yaxtasını Türkiyəyə keçirib.

Uzunluğu 85 metrə çatan “Pasifik” yaxtası təxminən bir ay ərzində 7 min dəniz mili qət etdikdən sonra Marmarisə çatıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan rusiyalı bir çox milyarder Qərbin sanksiyalarından yayınmaq üçün yaxtalarını Türkiyəyə göndərib.