"Uşaqların başını və əlini yandırırdı, hamamda ac saxlayırdı" - "Sevgi Evi"nə sığınan 15 yaşlı qız - VİDEO
1655
Xəbər verdiyimiz kimi, Bakıxanov qəsəbəsində yerləşən "Sevgi Evi" qadın və uşaq sığınacağında 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.
AzVision.az xəbər verir ki, "Sevgi Evi" sığınacağına sığınan və iki ay ərzində orada qalan 15 yaşlı qız başına gətirilənləri "Sputnik Azərbaycan"a danışıb. Videonu təqdim edirik: