Latviyada bütün rus telekanalları qadağan olunur
1507
Elektron KİV üzrə Milli qurum Latviyada Rusiya telekanallarının yayımını dayandırmaq barədə qərar verib.
Bakupost.az xəbər verir ki, yeni normalara görə, Latviyada ölkənin müstəqillik və ərazi bütövlüyünə təhlükə yaradan ölkədə qeydiyyatdan keçmiş telekanallar işləyə bilməz.
Qərar 9 iyundan qüvvəyə minəcək.
Qeyd edək ki, bu ölkədə may ayından “Vkontakte”, “Odnoklassniki”, "Moy Mir" sosial şəbəkələri də bağlanmışdı.
Bildirilir ki, bu platformalar Avropa Birliyində sanskiya siyahısında olan Vladimir Kiriyenko və Yuriya Kovalçuka məxsusdur.