\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

BDU-nun professoru Nəsir Əhmədli vəfat edib

BDU-nun professoru Nəsir Əhmədli vəfat edib
1529baxış

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib. Nəsir Əhmədli bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Tovuzda dəfn olunacaq.

Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. O, 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən Bakı Dövlət Universitetinin "Beynəlxalq jurnalistika" kafedrasında çalışıb. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.

Allah rəhmət eləsin!