\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

Ağdamda 35 yaşlı kişi itkin düşüb

Ağdamda 35 yaşlı kişi itkin düşüb
1497baxış

Ağdamda 35 yaşlı kişi itkin düşüb.

Hadisə iyunun 6-da rayonun Ayaq Qərvənd qəsəbəsində qeydə alınıb.

Belə ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən, 1987-ci il təvəllüdlü Ələkbərov Eldar Ədalət oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra onun itkin düşməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Faktla bağlı araşdırma aparılır.