İyunun 14-ü “Son zəng” keçiriləcək
1529
Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 14-də keçiriləcək.
“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək. Qeyd olunan məsələlər Təhsil Nazirliyinin müvafiq əmrində vurğulanıb.