\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

4 qardaş bir qəzada öldü - Türkiyədə

4 qardaş bir qəzada öldü - Türkiyədə
1947baxış

Türkiyənin Çankırı şəhərinin Atkaracalar rayonunda avtomobilin dərəyə yuvarlanması nəticəsində dörd nəfər həlak olub. 

Türkiyə mediası xəbər verir ki, qəzada ölən Birol Altuntaş (28), Erol Altuntaş (34), Engin Altuntaş (38) və Şenol Altuntaş (24) qardaşdırlar. 

Hadisəyə sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilib. Qəza yerinə dərhal polis və təcili yarım briqadası cəlb edilib (Oxu.az).

Mediapress.az