\
24 Sentyabr 2024 - Çərşənbə axşamı

11-ci sinif şagirdi “Son zəng” öncəsi yoxa çıxdı - Foto

11-ci sinif şagirdi “Son zəng” öncəsi yoxa çıxdı - Foto
1500baxış

Füzulidə 11-ci sinif şagirdi itkin düşüb.

Rayonun Böyük Bəhmənli kənd sakini, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlu itkin düşüb.

Onun suda batması ilə bağlı Baş Mil kanalının Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məlumata görə Z.Süleymanov dünən günortadan sonra yoxa çıxıb. O, bu gün "Son zəng" tədbirində iştirak edəcəkdi.

Faktla bağlı araşdırma aparılır.